İtaliya A Seriyasında yeni mövsümün tarixi bəlli oldu

italiya-a-seriyasinda-yeni-movsumun-tarixi-belli-oldu
Oxunma sayı: 1130

İtaliya A Seriyasında 2020/2021 mövsümünün başlayacağı tarix bəlli olub.

“Qafqazinfo” turnirin rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümün sentyabrın 19-da start götürəcək.

Çempionata mayın 23-də yekun vurulması nəzərdə tutulub. Yeni təqvimə əsasən, Milad bayramında - 3 yanvarda da matçlar təşkil olunacaq.
 
Qeyd edək ki, A Seriyasında koronavirusa görə mart ayından dayanıdırılan 2019/2020 mövsümü 3 aydan sonra bərpa edilib və "Yuventus" çempionatın qalibi olub.