İtaliya çempionatı bərpa olunur

italiya-cempionati-berpa-olunur
Oxunma sayı: 2827

İtaliya A Seriyası mayın 3-də bərpa oluna bilər.

 "Qafqazinfo” xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlamasında təqvimi hazırladıqlarını deyib:
 
“A Seriyasını mayın 3-ü bərpa etməyi və iyunun 30-da bitirmək istəyirik. Liqaların iyulun əvvəli də bitməsi mümkündür. Hələ bu yöndə çalışırıq. UEFA və FIFA ilə yanaşı, ölkəmizin qurumlarına müraciət etmişik. Avrokuboklardakı fasiləni nəzərə almalı olacağıq”.