İtaliya Ermənistana 9 qolla qalib gəldi - Video

italiya-ermenistana-9-qolla-qalib-geldi
Oxunma sayı: 3003

AÇ-2020-nin seçmə mərhələsində sonuncu turun oyunları davam edir.

"Qafqazinfo" xəbər verir ki, J qrupunun lideri İtaliya sonuncu turda Ermənistan millisini qəbul edib.

Bunadək 9 oyunda qələbə qazanan İtaliya yığması 10-cu matçında da 3 xalı aktivinə yazdırıb. 

Roberto Mançininin yetirmələri Ermənistanı 9:1 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, İtaliya qrup mərhələsini 30 xalla başa vurub. Ermənistan yığması isə 10 xalla qrupda sondan ikinci olub.

23:45. İtaliya – Ermənistan – 9:1
İmmobile, 8, 33, Zaniolo, 9, 64, Barella, 29, Romanyoli, 72, Jorjinyo, 74 (pen.), Orsolini, 78, Kyeza, 81 – Babayan, 79