İtaliya klubunun 19 yaşlı futbolçusu öldü

italiya-klubunun-19-yasli-futbolcusu-oldu
Oxunma sayı: 2854

İtaliyanın “Atalanta” klubunun futbolçusu Andrea Rinaldi vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mayın 8-dən xəstəxanada olan 19 yaşlı futbolçu bu gün dünyasını dəyişib.

Həkimlər, Rinaldiyə beyin anevrizması diaqnozu qoymuşdu.