İtaliya koronavirusa görə “qırmızı zona” elan edildi

italiya-koronavirusa-gore-qirmizi-zona-elan-edildi
Oxunma sayı: 1994

İtaliyada artıq ölkənin hər yerində koronavirusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Cuzeppe Konte açıqlama yayıb. O bildirib ki, ölkə “qırmızı zona” elan edillib.

Baş Nazir karantin tədbirlərinin genişləndirilməsi, o cümlədən ictimai yığıncaq və idman tədbirlərinin məhdudlaşdırılması və bütün məktəblərin bağlanmasına dair bir sıra göstərişlər verib. Daha əvvəl karantin tədbirləri yalnız şimal bölgələrində tətbiq olunurdu.

Qeyd edək ki, 9172 yoluxma faktı və 463 ölüm halı ilə İtaliya koronavirusdan ən çox zərər görən 2-ci ölkədir.