İtaliya millisinin baş məşqçisi Luçano Spalettinin AÇ-2024 boyunca futbolçularına qadağalar qoyub.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis bu qadağaların yığmanın son oyununa qədər davam edəcəyini bildirib.
Belə ki, İtaliya yığmasının futbolçuları çempionat boyu “Playstation” oynaya bilməz. Saat 00:30-dan sonra isə ümumiyyətlə, telefonda belə heç bir oyun oynanılmamalıdır.
Qulaqlıqlardan istifadə qadağandır. Telefondan istifadə də minumuma endiriləcək. Masaj masasında telefon olmaz.