İtaliya millisinin sabiq forvardı xərçəngə qalib gəldi

italiya-millisinin-sabiq-forvardi-xercenge-qalib-geldi
Oxunma sayı: 1404

Futbol üzrə İtaliya yığmasının sabiq hücumçusu Canluka Vialli xərçəngə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, 55 yaşlı veteran futbolçu ölkəsinin mətbuatına açıqlamasında keçirdiyi çətin günləri belə anladıb:

“Dekabrda 17 aylıq kimyaterapiya dönəmini başa vurdum. Fiziki və zehni olaraq çox çətin bir dönəmi geridə qoydum. Hazırda yaxşıyam. Son yoxlamalarda xəstəliyimin geridə qaldığını dedilər. Buna görə sevincliyəm. Aynaya baxanda saçlarımın yenidən çıxdığını görmək, qaşlarımı qələmlə qaraltmaq məcburiyyətində qalmamağım artıq sağlam olduğumu göstərir”.