İtaliya millisinin üzvü həbs edildi

italiya-millisinin-uzvu-hebs-edildi
Oxunma sayı: 2303

Futbol üzrə İtaliyanın “Cenoa” klubunun hücumçusu Manolo Portanova həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, 22 yaşlı futbolçu gənc qıza cinsi təcavüzdə ittiham olunur.

Hadisə 2021-ci il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə baş verib. Onunla yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq. Daha əvvəl onlar ev dustaqlığına buraxılsa da, 10 aylıq araşdırmadan sonra prokuror şübhəlilərin həbsi barədə göstəriş verib.

Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.