İtaliya Prezidenti Sercio Mattarella Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqiyə kabinetin formalaşdırılmasını tapşıracaq.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Covanni Qrasso bildirib.
“Prezident Sercio Mattarella çərşənbə günü saat 12:00-da (Bakı vaxtı ilə 15:00-red.) doktor Mario Draqi ilə əlaqə saxlayacaq” - deyə, o bildirib.
Daha əvvəl Mattarella birinci dərəcəli təxirəsalınmaz məsələlərin həlli üçün “böyük nüfuz”dan istifadə edəcək hökumət formalaşdırmağı tapşırmaq niyyətində olduğunu bildirmişdi. Draqinin dəvət edilməsi o deməkdir ki, ona Baş nazir Cüzeppe Kontenin istefasından sonra kabinet formalaşdırmaq təklif olunacaq.
Son xəbərlər
Son Xəbərlər