“İtaliya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına yardım edəcək”.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Yerevanda rəsmi səfərdə olan İtaliya prezidenti Serco Mattarella deyib. Onun sözlərinə görə, ölkəsi ATƏT-in həmsədr dövləti olaraq münaqişənin Helsinki Yekun Aktının müddəalarına əsasən həllinə çalışacaq:
“Sülhü təmin etmək lazımdır. Biz sülh danışıqları üçün əlimizdən gələni edəcəyik. Tənzimlənmə yalnız məqbul siyasi yolla, ATƏT-in Minsk Qrupu çərçivəsində beynəlxalq hüquqi normalar əsasında həll edilə bilər”.
Son xəbərlər
Son Xəbərlər