İtaliya səfiri Cüzeppe Perrone İran Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb İtaliya parlamentində bir neçə deputatın Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvini qəbul etməsidir.
İranın etirazlarının İtalyan diplomata çatdırıldığı bildirilən məlumatda, “İtaliyanın bir neçə deputatının cinayətkar terrorçuya ev sahibliyi etməsi terroru təbliğ etməyin ən bariz nümunəsidir”, - qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər