İtaliya səfirliyi qarşısında avtomobil partlayıb - 2 ölü

italiya-sefirliyi-qarsisinda-avtomobil-partlayib
Oxunma sayı: 1470

Liviyanın paytaxtı Tripolidə İtaliya səfirliyinin qarşısında avtomobil partlayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

Məlumata görə, partlayış baş verən küçənin yaxınlığında Misir səfirliyi də yerləşir. Hadisə nəticəsində 2 nəfərin öldüyü bildirilib.

Hələki partlayışın diplomatik missiyasına qarşı hücum olub-olmadığı məlum deyil.

Polis hadisə baş verən ərazini mühafizəyə alıb. Faktla bağlı araşdırma aparılır.