İtaliya Səfirliyindən helikopter qəzası ilə bağlı paylaşım

italiya-sefirliyinden-helikopter-qezasi-ile-bagli-paylasim
Oxunma sayı: 1334

İtaliyanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin rəsmi Tviter səhifəsində yazılıb.

“İtaliya səfirliyi bu gün “Qaraheybət” poliqonunda Azərbaycan ordusuna məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan ekipaj üzvlərinin ailələrinə dərin hüznlə başsağlığı verir”, - başsağlığında qeyd olunub.