İtaliya superkubokunu “Yuventus” qazandı -

italiya-superkubokunu-yuventus-qazandi-
Oxunma sayı: 694


“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, həlledici görüşdə "Yuventus" və "Latsio" üz-üzə gəlib.

Oyun Turin təmsilçisinin xeyrinə başa çatıb. Fasilədən sonra iki qol vuran "Yuventus" qalib gələrək (2:0) superkuboka sahib çıxıb.

Qeyd edək ki, "Yuventus" ötən mövsüm A Seriyasının qalibi, "Latsio" isə ölkə kubokunun finalçısı kimi superkubokda oynamaq hüququ qazanıb.


8 avqust

İtaliya superkuboku

"Yuventus" - "Latsio" - 2:0

Qollar: Mandzukiç, 69 (1:0), Dibala, 73 (2:0)

“Qafqazinfo”