İtaliyada 12 saata 36 zəlzələ oldu

İtaliyada 12 saata 36 zəlzələ oldu
Oxunma sayı: 602

İtaliyanın Toskana bölgəsində 12 saat ərzində 36 təkan qeydə alınıb, onların yarısı 3-dən çox bal gücündə olub.

“Qafqazinfo” xəbər verir ki, yeraltı təkanlar  dekabrın 9-da gecə saatlarında başlayıb və sakinlər arasında çaxnaşmaya səbəb olub. Belə ki, bir çoxları evlərini tərk edərək gecəni küçədə keçirib.

Zəlzələlər nəticəsində Florensiya - Boloniya istiqamətində dəmir yolu hərəkəti dayandırılıb, bəzi binalara ziyan dəyib. Bir sıra yerlərdə uşaq bağçaları və məktəblər bağlanıb. Xəsarət alan olmayıb.

Qeyd olunur ki, ən güclü zəlzələ 4,5 bal gücündə olub. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, zəlzələnin ocağı yerin təxminən 9 kilometr dərinliyində, episentri isə əhalisi 12 min nəfərdən çox olan Skarperiya şəhərindən 4 kilometr şimalda yerləşib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi