İtaliyada 4,7 ballıq zəlzələ olub

italiyada-47-balliq-zelzele-olub
Oxunma sayı: 940

Bu gün səhər saatlarında İtaliyanın mərkəzində 4,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb. 

Zəlzələ episentri yerin 9 kilometr dərinliyində, Marke vilayəti yaxınlığında yerləşib. 

Hazırda Milli Mülki Müdafiə Xidməti əməkdaşları dağıntıların olub-olmamasını araşdırırlar.