İtaliyada bölgələrarası səyahət qadağan olundu

italiyada-bolgelerarasi-seyahet-qadagan-olundu
Oxunma sayı: 787

İtaliyada koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bölgələrarası səyahət qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qərar fevralın 25-dək qüvvədə olacaq.

Bundan əlavə, Liquriya, Toskana, Abruzzo və muxtar Trento əyalətində yoluxmaların artması səbəbindən risk səviyyəsi yenilənib və orta riskli sarı kateqoriyasından yüksək riskli narıncı kateqoriyasına dəyişdirilib.

Qeyd edək ki, ölkədə son 24 saatda 13 min 908 nəfər virusa yoluxub, 316 nəfər həyatını itirib.