İtaliyada bomba tapıldı, 54 min nəfər təxliyyə olundu

italiyada-bomba-tapildi-54-min-nefer-texliyye-olundu
Oxunma sayı: 1282

İtaliyanın Brindizi şəhərində İkinci dünya müharibəsinə aid bomba tapılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, şəhərin 54 min əhalisi təxliyyə olunub. Bunun üçün hüquq-mühafizə orqanlarının 1000-dək əməkdaşı və 250 nəfər könüllü iştirak ediblər.

Bomba “Andromeda” kinoteatrının ərazisinin genişləndirilməsi üçün aparılan tikinti işləri zamanı aşkarlanıb. Partlayıcı vasitə şəhər kənarına çıxarılaraq bazar ertəsi zərərsizləşdiriləcək.