İtaliyada iki hərbi təyyarə havada toqquşdu - Ölənlər var

italiyada-iki-herbi-teyyare-havada-toqqusdu
Oxunma sayı: 1386

İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki yüngül təlimçi təyyarəsi paytaxt Roma yaxınlığında havada toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb.

Hadisə zamanı təyyarələrdəki iki pilot dünyasını dəyişib.

Toqquşmadan sonra təyyarələrdən biri Guidonia kurortuna gedən yola, digəri isə çəmənliyə düşüb. Evlərin yaxınlığına düşən təyyarə avtomobilin üzərinə çırpılaraq yanğına səbəb olub.

Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.