İtaliyada iş adamı helikopter qəzasında həlak oldu - Foto

italiyada-is-adami-helikopter-qezasinda-helak-oldu
Oxunma sayı: 2194

İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.

Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.

Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.

İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.