İtaliyada karantini pozdu, cərimələndi

İtaliyada karantini pozdu, cərimələndi
Oxunma sayı: 900

Türkiyənin məşhur aktyoru Can Yaman reklam çarxında rol almaq üçün İtaliyaya gedib.

“Qafqazinfo” xəbər verir ki, ölkədə xeyli azarkeş kütləsi olan C.Yamanın Romada qaldığı otelin qarşısında izdiham yaşanıb.

Fanatlarının yanına gedən aktyor onlarla foto çəkdirərək imza paylayıb. Polis bir müddət sonra izdihama müdaxilə edib.

İtaliya hüquq-mühafizə orqanları aktyoru “COVID-19”la mübarizə çərçivəsində sosial məsafə qaydasını pozduğu üçün 400 avro cərimələyib.