İtaliyada koronavirus xəstələrinin sayı mini keçdi

italiyada-koronavirus-xestelerinin-sayi-mini-kecdi
Oxunma sayı: 2234

İtaliyada koronavirusa yoluxanların sayı 1049 nəfər olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Vətəndaş Müdafiəsi Xidmətinin rəhbəri Ancelo Borrelli bildirib. Onun sözlərinə görə, koronavirusdan 29 nəfər dünyasını dəyişib, 50 nəfər isə sağalıb.

Virusa yoluxanların 52%-i ev şəraitində izolyasiya olunublar. Onlarda simptomlar yüngül formadadır.