İtaliyada koronavirusa görə 6 oyun azarkeşsiz keçiriləcək

italiyada-koronavirusa-gore-6-oyun-azarkessiz-kecirilecek
Oxunma sayı: 815

İtaliya A Seriyasının 26-cı turunun 6 oyunu azarkeşsiz oynanılacaq.

“Qafqazinfo” xəbər verir ki, buna ölkədə koronavirusun yayılması səbəb olub. 

İtaliya mətbuatının yazdığına görə, “Yuventus” – “İnter”, “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” - SPAL, “Sassuolo” – “Breşiya”, “Sampdoriya” – “Verona” matçları azarkeşsiz keçiriləcək.