İtaliyada koronavirusa görə kruiz gəmisi karantinə alındı - Fotolar+ Yenilənib

italiyada-koronavirusa-gore-kruiz-gemisi-karantine-alindi
Oxunma sayı: 2020

İtaliyada 7 min nəfərlik kruiz gəmisi karantinə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.

Bildirilir ki, buna səbəb Çivitavekkya şəhərinin limanına yan alan, 6000 sərnişini və 1000 ekipaj üzvü olan “Costa Smeralda” gəmisində honkonqlu ər-arvadda yoluxucu virusun əlamətlərinin aşkarlanmasıdır.

Hazırda cütlük gəminin temperatur və tənəffüs problemləri ilə bağlı tibb şöbəsində həkim nəzarətindədilər. Milli Yoluxucu Xəstəliklər İnstitutunun mütəxəssisləri onlardan analiz götürəcəklər.

***

“Hurriyet” xəbər verir ki, gəminin Türkiyə üzrə rəsmisi Ercan Abitağaoğlu gəmidə 30 türkiyəli sərnişinin olduğunu açıqlayıb.