İtaliyada koronavirusa yoluxanların sayı 200 mini ötdü

italiyada-koronavirusa-yoluxanlarin-sayi-200-mini-otdu
Oxunma sayı: 885

İtaliyada sutka ərzində koronavirusa yoluxanların sayı 2091, ölənlərin sayı isə 382 nəfər artıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da Covid-19 xəstələrinin sayı 201 min 505 nəfərə yüksəlib.

Ölənlərin sayı isə 27 min 359 olub. 68 min 941 nəfər isə koronavirusa qalib gəlib.