İtaliyada koronavirusdan daha 50 nəfər öldü

italiyada-koronavirusdan-daha-50-nefer-oldu
Oxunma sayı: 1118

İtaliyada son sutka ərzində daha 50 nəfər koronavirusdan ölüb.

"Qafqazinfo" xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 32 785-ə çatıb.

Qeyd edək ki, indiyədək İtaliyada 229 858 nəfər koronavirusa yoluxub, onlardan 140 479-u sağalıb.