İtaliyada koronavirusdan ölən həkimlərin sayı artır

italiyada-koronavirusdan-olen-hekimlerin-sayi-artir
Oxunma sayı: 1094

İtaliyada koronavirusdan ölən həkimlərin sayı 120-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliyanın Həkimlər Assosiasiyası “Fnomceo” açıqlama yayıb. Qeyd olunub ki, ölkədə koronavirusa yoluxanların 10 faizini tibb işçiləri təşkil edir. Ümumilikdə isə 10 mindən artıq tibb işçisinin koronavirusa yoluxduğu, yoluxanların 20 faizinin isə həkimlərdən ibarət olduğu bildirilib.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 162,488-ə çatıb, 21,067 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.