İtaliyada koronavirusdan ölənlərin sayı 19 minə yaxınlaşır

italiyada-koronavirusdan-olenlerin-sayi-19-mine-yaxinlasir
Oxunma sayı: 1275

İtaliyada yeni növ koronavirusdan daha 570 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər ki,  bununla da Covid-19 qurbanlarının sayı 18 min 849 nəfər olub. Ölkədə bu gün daha 1396 nəfərdə virus aşkarlanıb. Bununla da xəstələrin ümumi sayı 147 min 577 nəfərə çatıb.

30 min 455 nəfər isə sağalıb.