İtaliyada koronavirusdan ölənlərin sayı 8 mini ötdü

İtaliyada koronavirusdan ölənlərin sayı 8 mini ötdü
Oxunma sayı: 2663

Koronavirus pandemiyasının ən faciəvi ölkəsinə çevrilən İtaliyada ölənlərin sayı 8 mini ötüb.

“Qafqazinfo”nun Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytına istinadən məlumatına görə, bu ölkədə artıq 8215 nəfər virus səbəbindən vəfat edib. İtaliya bu göstərici ilə ölüm sayına görə dünyada ilk yerdədir. Ölkə hətta pandemiyanın mənbəyi olan Çini yoluxanların ümumi sayına görə də keçmək üzrədir.

Statistik rəqəmlərə görə, bu gün Çində 81 285 nəfər virusa yoluxub, onlardan 74051 nəfəri sağalıb. Lakin İtaliyada artıq virusa yoluxanların sayı 80539 nəfərdir. Son 24 saat ərzində İtaliyada 6153 nəfər virusa yoluxub, Çində isə bu rəqəm 67-dir. Son 1 gündə İtaliyada 712 nəfər, Çində 6 nəfər vəfat edib.

Koronavirusu ağır keçirən daha bir ölkə İspaniyadır. Burada son 24 saat ərzində 498 nəfər ölüb, yoluxanların sayı isə 56 197 nəfərə çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi