İtaliyada koronavirusdan ölənlərin sayı artdı

italiyada-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 2021

İtaliyada koronavirusdan ölənlərin sayı artaraq 79 nəfər olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Sutka ərzində ölənlərin sayı 27-dən 79-a yüksəlib. Sağalanlar isə 160 nəfərə qədər artıb.

Hazırda ölkədə viruslu xəstələrin sayı 2502-dir.