İtaliyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 474 nəfər artaraq 28 710-a yüksəlib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Vətəndaş Müdafiəsi Departamenti məlumat yayıb.
Bundan əlavə, son sutka ərzində 1 900 nəfərdə koronavirus diaqnozu təsdiqlənib, 1 665 pasiyent sağalıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 209 328-ə, sağalanların sayı isə 79 914-ə yüksəlib.
Son xəbərlər
Son Xəbərlər