İtaliyada koronavirusdan ölənlərin sayı mini keçdi

italiyada-koronavirusdan-olenlerin-sayi-mini-kecdi
Oxunma sayı: 2131

İtaliyada bir gün ərzində koronavirusdan ölənlərin sayı 250 nəfər artaraq 1266-ya çatıb.

“Qafqazinfo” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların ümumi sayı 17,660 nəfər təşkil edir.

Qeyd edək ki, Çinin tibbi heyəti koronavirus (COVID-19) pandemiyasının öhdəsindən gəlmək üçün İtaliyaya yola düşüb.