İtaliyada qəfil püskürən vulkan turistlərin kabusu oldu - Ölən var+Video

italiyada-qefil-puskuren-vulkan-turistlerin-kabusu-oldu
Oxunma sayı: 1722

İtaliyanın Stromboli adasında vulkan püskürüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Messin şəhəri yaxınlığında oyanan vulkan ərazidəki turistləri qorxuya salıb. Belə ki, vulkanın yaxınlığında gəzən turistlərdən biri ölüb, digəri yanıq xəsarətləri alıb. Turistlər axan qaynar lavanı görüb dənizə atılıblar.

Hazırda adanı qatı tüstü bürüyüb.