İtaliyada rekord göstərici

italiyada-rekord-gosterici
Oxunma sayı: 2764

İtaliyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 24 991 nəfər artıb. “Qafqazinfo” “İnterfaks”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində 205 nəfər COVID-19-un qurbanı olub.

COVID-19-a yoluxanların ümumi sayı 24 991-ə çatıb. Onlardan 37 905-i dünyasını dəyişib, 275 404-ü sağalıb.

Ölkədə 276 457 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1 536-nın vəziyyəti ağır qiymətləndirilir.