İtaliyada sağlamlıq sertifikatı ləğv edilir

italiyada-saglamliq-sertifikati-legv-edilir
Oxunma sayı: 2690

İtaliya mayın 1-dən sağlamlıq pasportlarından imtina edəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin səhiyyə naziri Roberto Speranza bildirib.

"Biz COVID sertifikatlarının ləğvi istiqamətində işlər görürük. Aprelin 1-dən əksər açıq yerlərdə, mayın 1-dən isə qapalı məkanlara girişdə də sertifikiat tələb olunmayacaq”, - nazir bildirib.

Səhiyyə Nazirliyinin rəhbəri əlavə edib ki, xəstələrlə təmasda olanlar üçün karantin ləğv edilib: "Təcrid yalnız COVID-19 üçün müsbət nəticə verənlər üçün məcburi olacaq".

Nazirin sözlərinə görə, qapalı yerlərdə maskaların taxılması aprelin 30-dək məcburi olacaq.

Hökumət martın 31-də başa çatacaq fövqəladə vəziyyətin müddətini uzatmayacaq. Epidemioloji məlumatlar əsasında regionların rəng mənsubiyyəti ləğv ediləcək. Ölkədə tanınmış ekspertlərin və tibb müəssisələrinin nümayəndələrinin daxil olduğu komitə fəaliyyətini dayandıracaq.