İtaliyada sutka ərzində 600-dən çox insanda virus aşkarlandı

italiyada-sutka-erzinde-600-den-cox-insanda-virus-askarlandi
Oxunma sayı: 2258

İtaliyada koronavirusa yoluxanların sayı 1694 nəfərə çatıb, 34 nəfər dünyasını dəyişib, 80 pasiyent sağalıb. “Qafqazinfo” bildirir ki, bu barədə İtaliyanın Vətəndaş Müdafiəsi Departamentinin rəhbəri Ancelo Borreli məlumat verib.

“Yoluxanların ümumi sayının 51%-ə yaxını evdə karantindədir, yəni onlarda xəstəlik simptomu yoxdur. 9%-i isə intensiv terapiya şöbələrindədir”, - o qeyd edib.

Sutka ərzində ölümcül virusa yoluxanların sayı 600-dən çox olub.