İtaliyada dünyasını dəyişən azərbaycanlı vokalçı Eldar Əliyev Bakıda dəfn ediləcək.
Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə xüsusi karantin rejimi qaydalarına müvafiq olaraq keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcək.
Qeyd edək ki, Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.
Son xəbərlər
Son Xəbərlər