İtaliyada virusdan ölənlərin sayı 20 minə yaxınlaşır

italiyada-virusdan-olenlerin-sayi-20-mine-yaxinlasir
Oxunma sayı: 2358

İtaliyada koronavirusa yoluxanların sayı 150 mini ötərək 152 271-ə yüksəlib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Vətəndaş Müdafiəsi Departamanenti məlumat yayıb.

Sson 24 saat ərzində 4 694 yoluxma, 619 ölüm halı qeydə alınıb. Ölənlərin sayı 19 468-ə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1,5 milyon yoluxma halı, 92,7 mindən çox ölüm halı təsdiqlənib.