İtaliyadan Aİ-nin gözləmədiyi addım - Quaydonu tanımadı

italiyadan-ai-nin-gozlemediyi-addim
Oxunma sayı: 1859

Avropa İttifaqının bir neçə aparıcı dövləti Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunlar Fransa, Almaniya, Böyük Britaniya, Avstriya, İspaniya, İsveç, Danimarka, Latviya, Hollandiya, Finlandiya, Portuqaliya, Litva, Çexiya, Estoniya, Polşadır.

Quaydonu prezident kimi qəbul etməyən yeganə İttifaq dövləti isə İtaliya olub. Belə ki, rəsmi Roma Avropa ölkələrinin əksinə olaraq, Venesueladakı hökumət dəyişikliyini qəbul etməyib. Bununla da İtaliya Aİ-nin Quaydonu Venesuelanın müvəqqəti lideri kimi tanıması ilə bağlı ortaq açıqlamasını əngəlləyən yeganə dövlət olub.

Xatırladaq ki, yanvarın 23-də Venesuela Milli Məclisinin sədri Xuan Quaydo özünü prezident elan edib. Onun hakimiyyətini ilk tanıyan dövlət isə ABŞ olub.