İtaliyalı baş məşqçi karyerasını bitirdi

italiyali-bas-mesqci-karyerasini-bitirdi
Oxunma sayı: 2273

Məşhur italyan məşqçi Klaudio Ranyeri peşəkar fəaliyyətinə son qoymaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, məşqçi “Kalyari” ilə əmək müqaviləsini yeniləməmək və təqaüdə çıxmaq qərarına gəlib.

Onun artıq hər şeyə qərar verdiyi və bunun yaxın vaxtlarda rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, Ranyeri karyerası ərzində İtaliyanın “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter” və “Sampdoriya”, İspaniyanın “Valensiya” və Fransanı təmsil edən “Atletiko”, İngiltərənin “Chelsea”, “Fulham”, “Watford” və “Leicester” klublarını çalışdırıb.