İtaliyalı deputat “duty free”dən ətir oğurlamaqda şübhəli bilinir

italiyali-deputat-duty-freeden-etir-ogurlamaqda-subheli-bilinir
Oxunma sayı: 2007

İtaliya parlamentinin üzvü Piero Fassino Romanın “Fiumicino” hava limanında “duty free”dən ətir oğurlamaqda şübhəli bilinir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Repubblica” məlumat yayıb.

Belə ki, aprelin 15-də baş verən hadisə müşahidə kameralarına düşüb. Fassino bunu anlaşılmazlıq adlandırıb. Deputat ona gələn zəngə görə fikrinin yayındığını və əlləri məşğul olduğu üçün ətri cibinə qoyduğunu deyib.

Ətirin qiymətinin təxminən 100 avro olduğu bildirilir.

Qeyd edək ki, 2000-ci illərdə o, xarici ticarət və ədliyyə naziri vəzifəsində çalışıb, 2011-2016-cı illərdə Turin şəhərinin meri olub.