İtaliyanın Baş naziri Ukraynaya gedəcək

italiyanin-bas-naziri-ukraynaya-gedecek
Oxunma sayı: 1295

İtaliyanın Baş naziri Ciorciya Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün sabah Kiyevə gedəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliyanın “RaiNews24” kanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Meloni bu gün Varşavaya səfər edəcək və orada Polşanın Baş naziri Mateuş Moravetski ilə də görüşəcək.

O, Polşanın paytaxtından Kiyevə qatarla gedəcək.