İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirildi

italiyanin-mudafie-naziri-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1686

İtaliyanın müdafiə naziri Guido Krosettonun Ali Müdafiə Şurasının iclası zamanı qəfil halı pisləşib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Krosettonun özünü yaxşı hiss etmədiyi üçün görüşü yarımçıq dayandırdığı və xəstəxanaya aparıldığı bildirilib.

Qeyd edək ki, Krosetto fevral ayında da xəstəxanaya yerləşdirilmişdi.

Onun ürək problemləri olduğu deyilir.