İtaliyanın xarici işlər naziri Luici Di Mayo Azərbaycan və Ermənistana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, səfər aprelin 2-də Bakıdan başlayacaq və aprelin 3-də İrəvanda başa çatacaq. Di Mayo hər iki respublikanın ali rəhbərliyi, o cümlədən prezidentlərlə görüşməyi planlaşdırır.
Qeyd olunur ki, Bakıya səfər enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə vəzifələr kontekstində enerji təhlükəsizliyinin gücləndirilməsi üzrə diplomatik səyləri nəzərdə tutur. İtaliyanın xarici işlər naziri Azərbaycan qazının Avropaya nəqlinin artırılmasını müzakirə etmək niyyətindədir.
İrəvanda isə tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivlərini nəzərdən keçirəcəklər.
Bundan əlavə, bütün görüşlər zamanı İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Ukrayna nizamlanması məsələsini və dərhal atəşkəsin zəruriliyini müzakirə etməyə hazırlaşır.
Son xəbərlər
Son Xəbərlər