İtaliya pizza hazırlanmasının ənənəvi Neapol variantının UNESCO-nun "Dünya irsinin siyahısı"na salınması təklifini irəli sürüb.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Kənd və Meşə Təsərrüfatı və Ərzaq məsələləri üzrə Nazirliyindən gələn təklifi UNESCO-nun Milli Komitəsi təqdir edib.
"Biz UNESCO-ya rəsmi ərizə təqdim etdik. Təklif 200 ölkə nümayəndəsinin iştirakı ilə müzakirə olunacaq", deyə ərizənin “kuratoru” Pyerluici Petrillo bildirib. O həmçinin deyib ki, indiyədək Dünya irsi obyektləri arasında kulinar ənənənin olmadığından, pizzanı UNESCO siyahısına daxil etmək asan olmayacaq.
Gözlənilir ki, qərar Parisdə 2017-ci ildə qəbul ediləcək.
Son xəbərlər
Son Xəbərlər