“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışlara nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin əlavə qüvvələri də cəlb olunub. Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsinin əməkdaşları da iştirak edir.
Qeyd edək ki, aprelin 7-də FHN-nin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub.
***
İtən balıqçıların kimliyi məlum olub. Fövqəladə Hallar Nazirliyindən “a24.az”a verilən məlumata görə, 1957-ci il təvəllüdlü Əliyev Azad Qurban oğlu və 1987-cı il təvəllüdlü Əliyev Mübariz Azad oğludur. Adı çəkilən şəxslər ata və oğuldur.
Digər itkin düşən balıqçı isə 1986-cı il təvəllüdlü Kərimov Pərviz Aydın oğludur. Bunların hər biri Sumqayıt şəhər sakinləridir.
Son xəbərlər
Son Xəbərlər