İtən uşaq ailəsinə qovuşdu - Foto+Yenilənib

iten-usaq-ailesine-qovusdu
Oxunma sayı: 1684

Bakıda parkda uşaq tapılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Təxminən 2 yaşında olan oğlan uşağı Çapayev ərazisində, “Dzerjinski” deyilən parkda tapılıb. 

Azyaşlının yanında olan şəxslər qeyd ediblər ki, o, 1 saatdan çoxdur ki, dayanmadan ağlayır. 

Uşağı və ya onun valideynlərini tanıyanlardan 18 saylı polis bölməsinə xəbər vermələri xahiş olunur!

***

Məlumata görə, 2 yaşlı uşağın valideynləri tapılıb və o, ailəsinə qovuşub.