İti vurmamaq üçün manevr etdi, avtobusu aşırdı - 2 ölü, 21 yaralı + Video

iti-vurmamaq-ucun-manevr-etdi-avtobusu-asirdi
Oxunma sayı: 2467

İstanbulun Göytürk səmtində Antalya - İstanbul marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu aşıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

Avtobusda köməksiz vəziyyətdə qalan sərnişinləri yoldan keçən vətəndaşlar çıxarıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili yardım maşınları ilə xəstəxanalara yerləşdiriliblər. Yaralılardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, avtobus sürücüsü yolda yatan iti vurmamaq üçün ani manevr edib və nəticədə avtobus aşıb.

Faktla bağlı araşdırma aparılır.