Sosial şəbəkələrdə bir nəfərin itin boyun hissəsindən iplə bağlayaraq aparmasını əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov açıqlama verib.
O bildirib ki, görüntülərdə həmin şəxsin əsəb və epilepsiya xəstəliyindən əziyyət çəkən rayonun Məmişlər kənd sakini C.Səmədzadə olduğu müəyyən edilib.
Məlum olub ki, C.Səmədzadənin qohumuna məxsus həyətdə saxlanılan həmin canlının təbii ölümü baş verib. O isə iyrənməsi səbəbindən iti iplə bağlayaraq həyətdən çıxarıb. Bu zaman qardaşı onun görüntülərini çəkərək təsadüfən paylaşıb.
C.Səmədzadə və qardaşı ilə RPŞ-də profilaktiki söhbətlər aparılıb, bir daha belə hallara yol verməmələri tapşırılıb.
Son xəbərlər
Son Xəbərlər