Bakıda yanvarın 4-də itkin düşən 12 yaşlı qız tapılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun qardaşı Vüqar Əziz məlumat verib. O qeyd edib ki, bacısı Ləman Şahbazova bu gün tapılıb: "Uşaq tapılıb, hazırda polis bölməsindədir. Sağ salamatdır".
Qeyd edək ki, L.Şahbazova yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq itkin düşmüşdü.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər